Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-5 iyun 2024-cü il tarixində daha bir Şəhid yaxını, Şəhid qardaşı ilə tanış oldum…
Həm Şəhid qardaşı, həm Əfqanıstan müharibəsi və Birinci Qarabağ Savaşı iştirakçısı olan, həm də İkinci Vətən Müharibəsi Qazisi, müharibə veteranı atası İbad Hüseynağa oğlu Astanovla bir araya gəldim…
İbad Astanovla Yardımlının Çayüzü kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Tural Elşən oğlu Aslanovun Cənnətdəki dördüncü doğum günü ilə bağlı adıçəkilən kəndin Nizami Cəbiyev adına tam orta məktəbində təşkil olunan tədbirdə tanış oldum…
Belə ki, Tural Aslanovun atası, Birinci Vətən Müharibəsi iştirakçısı Elşən Aslanov İbad Astanovun itkin-Şəhid qardaşı olduğunu bildirdi və məni onunla tanış etdi…
Əfaqnıstan müharibəsinin və Birinci Vətən Müharibəsinin iştirakçısı olan İbad Aslanov isə söhbət zamanı qeyd etdi ki, ailədə altı uşaq-dörd qardaş və iki bacı olublar…
10 dekabr 1972-ci il təvəllüdlü qardaşı Mahir Aslanov 1992-vi ildə könüllü şəkildə Vətənin müdafiəsinə atılıb, Birinci Vətən Müharibəsində iştirak edib…
Və 1992-ci ilin dekabr ayının 10-da, 20 yaşının tamanında, doğum günündə Zəngilan rayonunun Qazançı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ancaq həmin vaxtdan bugünədək Mahir Aslanovun nəşini əldə etmək mümkün olmayıb, 32 ildir qardaşı itkin düşmüş şəxslər sırasındadır.
Qardaşına Şəhidlik statusu verildiyini deyən İbad Astanov eyni zamanda bildirdi ki, Mahirin də nəşinin nə vaxtsa tapılacağına ümid edir.
“Hər halda ümid edirəm ki, qardaşımın da nəşi tapılacaq və o da Şəhid kimi torpağa tapşırılacaq, onun da məzarı olacaq…”
İllər öncə həyat yoldaşını itirən İbad Astanov həmçinin, dörd övlad, üç oğlan atası olduğunu qeyd etdi və bildirdi ki, böyük oğlu Amil Astanlı İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
32 yaşı olan Amil müharibədə iştirakına görə bir neçə medalla təltif olunub və müharibə veteranıdır.
O, hazırda Bakı şəhərində kiçik qardaşı ilə kirayədə yaşayır və işləyir…
Allah İbad Astanova və İkinci Vətən Müharibəsi iştirakçısı olan övladına-İgid, Qəhrəman Amil Astanlıya kömək olsun!
Allah itkin Şəhidlərimizdən olan Mahir Aslanovun da nəşinin tapılmasına yardımçı olsun və o da son zamanlar nəşi tapılan digər itkin Şəhidlərimiz kimi öz doğma yurdunda, Çayüzüdə Əbədiyyətə uğurlansın!
Amin!
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az