Qarmaqarışıq…-KAMİL HƏMZƏOĞLU YAZDI

Torpaqlarımızın, əzəli, dədə-baba yurd yerlərimizin (söhbət 1988-ci ildən başlayan hadisələrə və ondan sonrakı dönəmə aiddir) işğalı 1988-89-cu ildən başladı…

Əvvəlcə indiki Ermənistandakı-Qərbi Azərbaycandakı yurd yerlərimiz (Göycə, Zəngəzur və sair) işğal olundu, sonra isə Şimali Azərbaycandakı torpaqlarımız-20 faizdən çox əzarilərimiz…

Hadisələr, müharibə başlayanda da (1960-1975-77-ci illər nəsli) əksəriyyətimiz uşaq, yeniyetmə, gənc idik…

1988-də cəmi 15 yaşım vardı, 9-cu sinifdə oxuyurdum…

Amma indi…

Artıq ömür gedir… Artıq üzü 50-yə, 60-a, 70-ə, o tərəflərə doğru gedirik…

Getdikcə də…Ümidlərimiz tükənməyə, öləziməyə başlayır…

Bütün yurd yerlərimizin itkisi, hər mənada itirdiklərimiz hamısı dərdimiz, faciəmiz, acımızdır, ağrımızdır, məsuliyyətimizdir…

Amma mənə Xocalı və Şuşa qədər təsir edəni olmayıb…

Kimsə də buna görə məni qınamasın və düzgün başa düşsün…

Bu il də ilk dəfə idi ki, (Şuşanın işğalının növbəti öldönümündə) bu qədər ümidsizlik içinə düşürdüm, düşdüm və hələ də çıxa bilmirəm…

Hər an yadıma düşəndə də, dəli oluram, sadəcə, özümü söyürəm, özümü qınayıram, özümə gücüm çatır…

Və ümidlərim də tükənə-tükənə, öləziyə-öləziyə gedir…

Deyirlər ki, bu gün düşmən və işğalçı Şuşada-“bizim olmayan” Şuşada nəsə edəcək…

Təki, təki, təki…Kaş ki, kaş ki, kaş ki…

Kamil HƏMİDOV (HƏMZƏOĞLU)

Etikxeber.az


Read Previous

“Təkcə, ölkə daxilindəmi?”-EKS-DEPUTAT YAZIR

Read Next

“Bu, bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir…”-TURAL GƏNCƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir