Qarşıdan Cənnətdəki doğum günləri gələn Antiterror Şəhidləri-QƏBƏLƏLİ, 39 YAŞI TAMAM OLAN XƏYYAM SƏMƏDOV VƏ KÜRDƏMİRLİ, 32 YAŞI TAMAM OLAN VÜSAL ƏHMƏDOV… – FOTOLAR

Qarşıdan daha bir neçə Şəhidimizin doğum günü gəlir.

Antitteror Şəhidlərindən Vüsal İlqar oğlu Əhmədovun 32 yaşı, Xəyyam Mirazim oğlu Səmədovun 39 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Şəhid Vüsal Əhmədov 1993-cü ilin yanvar ayının 24-də Kürdəmir rayonunun Qarasu kəndində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, evin böyük oğlu idi.

 Uşaqlıqdan idmana və hərb sahəsinə böyük marağı olub.

1999-2010-cu illərdə Qarasu kənd tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

2012-ci ildə Əsgərliyini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb.

Sonra-2021-ci ildə həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE-Gizir kimi fəaliyyətə başlayıb.

2023-cü ilin 19 sentyabr tarixində lokal xarakterli Antiteror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Vüsal həm də ailəli olub.

2019-cu ilin aprel ayının 21-də Yeganı adlı xanımla ailə həyatı qurub.

Bir oğlan övladı-Eşqini ailəsinə, Vətənə əmanət qalıb.

***

Xəyyam Səmədov isə 16 yanvar 1986-cı il tarixində Qəbələ rayonunun Mirzəbəyli kəndində dünyaya göz açıb.

O da ailənin üç övladından, iki qardaşdan biri olub

1993-2014-cü illərdə İlham Kərimov adına Mirzəbəyli kənd orta məktəbində təhsil alıb.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Ali təhsilli-peşəkar hərbçi olub. 

Ali-hərbi təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Leytenant hərbi rütbəsi ilə xidmətə başlayıb.

Mayor hərbi rütbəsinə qədər yüksəlib.

Bir sıra hərbi əməliyyatlarda, o cümlədən İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsindən öncə və sonra medallarla təltif olunub.

Antiterror əməliyyatı zamanı isə sentyabrın 20-də Ağdərə istiqamətində Şəhidlik məqamına yüksəlib.

Nəşi 21 sentyabr 2023-cü il tarixində Mirzəbəyli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.

O da Vüsal kimi ailəli olub.

Piyalə adlı xanımla evlənib.

Murad Nicat adlı iki oğlan övladı Vətənə əmanət qalıb.

Məkanları cənnətlik, Cənnətdəki ikinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəbrayıla növbəti köç karvanı-YOLA SALINDI

Read Next

Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan-MƏHRUM EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir