Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Həzi Aslanov adına Mərkəzi Zabitlər evində qarşıdan gələn Anım günləri ilə bağlı İkinci Vətən Müharibəsi Şəhidləri-Səbuhi Vahid oğlu Orucov və Nazim Nadir oğlu Kirxlarova həsr olunmuş tədbir keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidlərin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, Mərkəzi Zabitlər Evinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbirdə öncə Şəhidlərin və mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Sonra hər iki Şəhidlə bağlı videoçarxlar nümayiş etdirilib.
Sonra çıxışlar edilib.
Çıxışlarda hər iki Şəhidin İgidliyi və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından, qısa, lakin şərəfli ömür və döyüş yollarından bəhs edilib.
Tədbirin bədii hissəsində isə Mərkəzi Zabitlər Evinin əməkdaşları-solistləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbir iki saata yaxın davam edib.
Qeyd edək ki, hər iki Şəhid Bakı şəhərində, Suraxanı rayonunda dünyaya gəliblər.
Şəhidlərin hər ikisi də iki qardaşdan biri və hərbçi olublar.
Səbuhi Orucov 1993-cü il 20 yanvar, Nazim Kirxlarov isə 1993-cü il 20 dekabr təvəllüdlüdür.
Səbuhi Orucov 2020-ci ilin oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 27-də Bülbülə qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Nazim Kirxlarov isə oktyabr ayının 23-də Qubadlı istiqamətində Şəhidlik məqamına ucalıb.
O, doğulub boya-başa çatdığı Əmircan qəsəbəsinin Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarına layiq görülüb.


14:05
***
FOTOLAR:












14:29
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




