“Qarşıdan istiqlalımızın 100 illiyi gəlir ki…” – RAFAEL HÜSEYNOV

“Yaşadığımız günlərin hamısı ictimiai-siyasi mənalı günlərdir. Çünki qarşıdan istiqlalımızın 100 illiyi gəlir. 1918-ci ildə müsəlman-Şərq aləmində ilk müstəqil dövlətimiz yarandı və gələn il istiqlalılımızın 100 ili tamam olur. Bu, çox böyük tarixi və əlamətdar hadisədir”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin parlamentin qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib.

O, bildirib ki, ancaq təssüflər olsun ki, biz həmin istiqlalın cəmi 28 ilini müstəqil dövlət kimi yaşamışıq:

“Yəni, 1918-20-ci illərdə 23 aylıq dövrü və 1991-ci ilin avqustundan bu yana olan dövrü çıxsaq, qalan illəri başqa bir dövlətin tərkibində yaşamışıq. Ancaq çox sevindirici haldır ki, 19991-ci ilin avqustunda müstəqilliyimiz yenidən bərpa olundu və bu günə kimi də müstəqil dövlət kimi yaşayırıq. Qeyd etdiyim kimi, gələn il də istiqlalımızın 100 ili tamam odur. Bu, çox məsuliiyətli və həssas məsələdir. Ona görə də bizim hər birimiz bu məsələdə fəal olmalıyıq, istiqlalımızın 100 illiyinə ciddi hazırlaşmalıyıq”.

Komitə sədri eyni zamanda, bir neçə gün öncə “Əsrin müqaviləsi”nin müddətinin uzadıldığını və bununu Azərbaycanın inkişafı baxımdan çox əhəmiyyətli hadisə olduğunu bildirib:

“Bildiyiniz kimi,  həmin müqavəlinin imzalanması çox çətin bir mərhələdən keçdi. Müstəqilliyimizi, inkişafımızı istəməyən dairələr həmin  imzalanmasına qarşı dirəniş göstərirdilər, onun baş tutmaması üçün əllərindən gələni edirdilər. Ancaq mərhum dövlət rəhbərimiz Heydər Əliyevin müdrik siyasəti və siyasi iradəsi nəticəsində  tarixi “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanımızın inkişaf, müstəqillik tarixində yeni bir mərhələ başlandı. İndi də çox sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçı ölkə Prezidenti  cənab İlham Əliyvevin Azərbaycan naminə fəaliyyəti nəticəsində həmin müqailənin müddəti uzadıldı, yeni saziş imzalandı. Elə son günlərdəki hadisələr, Azərbaycanı sevməyən, uğurlarımızı gözügötürməyən dairələrin  addımları, fəaliyyətləri də təsadüfi və səbəsiz deyil. Anti-Azərbaycan dairələr yenidən ölkəmizə qarşı fəallaşıblar, onlar uğurlarımızı, inkişafımızı heç cür qəbul edə bilmirlər. Ancaq onların bu “fəallığı” da səmərəsiz, nəticəsiz qalacaq. Azərbaycanı müstəqil siyasət kursundan , öz inkişaf yolundan döndərə bilməyəcəklər. Biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaqdır. Biz bu təhlükəni sovuşdurmağa çalışmalıyıq”.

Etikxeber.az

Read Previous

“2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq” – DEPUTAT

Read Next

1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir