“Qarşmızda hər birimiz üçün vacib bir çox məslələr var ki…” – MİLLƏT VƏKİLLƏRİ YAP-IN QƏRARI HAQDA

“Fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının(YAP)  VI Qurultayında hakim partiyanın prezidentliyə namizədinin cənab prezdentin olması haqda qərarının qəbul edilməsi nəinki partiya üzvülərinin, ümumilikdə, xalqımızın iradəsinin ifadəsidir”.

Etikxeber.az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Azər Badamov deyib.

ILHAM ALIYEV-YAP

ilya-qurultay-11

“Cənab İlham Əliyev prezdent olduğu müddətdə böyük inkişaf proqramlarına imzalar atmaqla, ölkəmizi böyük tərəqqiyə aparmış ,dəfələrlə regionlara səfərlər etməklə, hər zaman xalqın yanında olmuş, hər birimizin ürəyinə yol açmışdır. Prezdentimizin hakimiyyətdə olduğu 15 il ərzində ölkəmizin elə bir bölgəsi olmayıb ki, orada müasirləşmə , yenidənqurma işləri aparılmasın” – deyən millət vəkilinin sözlərinə görə,  son 15 il ərzinidə hər birimizin həyatı dəyişilib və hamımız güclü, dünyada nüfuzlu, tanınan Azərbaycanın vətəndaşları olmağımızla qürur duymuşuq,duyuruq:

azer-badamov

“Bütün bu nailiyyətlərə məhz prezdent İlham Əliyevin rəhbərliyi ilə nail olmuşuq. Bu gün ilin istənilən anında qəfildən prezdent seçkisi keçirilərsə, yenə də xalqımızın namizədi İlham Əliyev olacaq. Hələ də qarşmızda həlli gözlənilən və hər birimiz üçün vacib bir çox məslələr var ki, onları da gələcəkdə cənab prezdentin rəhbərliyi ilə həll edəcəyik”.

Digər millət vəkili Rəşad Mahmudov da İ. Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini alqışladığını və ürəkdən dəstkələdiyini bildirib:

rasadddd

“Bilirsiniz, bir vətəndaş, bir deputat olaraq, hər bir insanın gələcək ümidlərini, arzularını ortaya qoyması üçün öz keçmişini və bu gününü doğru dəyərləndirə bilməsi lazımdır. Son on beş ildə keçdiyimiz yola ötəri nəzər salsaq, nələri görə bilərik: Müstəqilliyimiz daha da möhkəmləndi, Azərbaycan dünya birliyində sivil, modern dövlət kimi, həm də yeni və özəl dəyərlərlə tanınmağa başladı və tanındı. Onun həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri bütün sahələrdə inkişaf dinamizmi, sözün əsl mənasında, qibtə doğurur. Bu gün Azərbaycan yalnız neft ölkəsi kimi deyil, həm də yeni mədəni mənəvi dəyərləri ilə tanınır. Bu gün Azərbaycan multikultural ölkə, idman və turizm ölkəsi kimi tanınır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır. Azərbaycan dünyaya özünü demokratik ənənələrə sadiq, eyni zamanda, hüquqi və sosial dövlət kimi təqdim edirsə, deməli qarşıya qoyulan vəzifələr, qəbul edilən dövlət proqramları öz bəhrəsini verir. Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan bir dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın səsi beynəlxalq təşkilatların kürsülərindən daha gur eşidilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ölkəmizin ən böyük uğurudur, dünyaya nümunədir. Bəli, Azərbaycan bu gün öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Bütün təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində işlərin davam etdirilməsi, iri enerji layihələrinin, qlobal əhəmiyyətli iqtisadi zonaların yaradılması, “ASAN xidmət” kimi Azərbaycan brendinin dünyaya təqdim edilməsi məhz, cənab Prezidentimizin əzmi, iradəsi sayəsində həyata keçirilib…”.

Etikxeber.az

Read Previous

“Dilin ümumi inkişafına zərər yetirən əlamətlər aradan qaldırılmalıdır” – AKADEMİK – FOTO

Read Next

Orqan transplantasiyası ilə əlaqədar Milli Məlumat Sistemi yaradılsın – MUSA QULİYEV – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir