“Qavalı sevirik, amma kitaba nifrət edirik…”-AQİL ABBAS KİTABXANALARDAN, KİTAB MAĞAZALARINDAN, RAZİ NURULLAYEV İCTİMAİ ŞURALARDAN DANIŞDI…

Dövlət qurumları, bütün İcra hakimiyyətlərinin yanında İctimai şuraların yaradılması və ya yenidən qurulması vacibdir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Razi Nurullayev deyib.

O, bildirib ki, ictimai nəzarət mexanizmini işlək formaya salmaq lazımdır:

“İctimai şuralara vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ziyalılar daxil olmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. İctimai şuralar elə seçilməlidir ki, dövlət qurumlarından asılı olmasın. Bundan başqa, deputatlardan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın. Şəxsən Prezidentin başlatdığı şəffaflıq prosesinə inanıram və onun effektiv olmasını istəyirəm. Hesab edirəm ki, hörmətli deputatlarımız bu missiyanı yerinə yetirmək üçün tam hazırdır və biz Milli Məclis olaraq, bu işdə öz imkanlarımızdan istifadə edib, islahatlara dəstəyimizi daha effektiv edə edəcəyik”.

“Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər başa düşə bilmirəm. Qavalı sevirik, amma kitaba nifrət edirik. Belə getsə, başa düşə də bilməyəcəm”. 

Bunu isə millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, Ağcabədidə 105 nəfər kitabxanalarda çalışan insan var:

“Kənd kitabxanalarını ləğv etdilər. İndi də belə bir qərar gəlib ki, 35 nəfər ixtisar olunmalıdır. Prezident yeni iş yerləri açır, ancaq bunlar işçiləri ixtisar edirlər. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub? Hazırda Mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ancaq Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın. İxtisar olunası o qədər yer var”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Naxçıvana uçuşlar bərpa edildikdən sonra şübhəsiz ki, qaydalar da müəyyənləşdiriləcək…”-İSA HƏBİBBƏYLİ

Read Next

“Payız sessiyasında telekanallarından birində MM-in fəaliyyətini işıqlandıran 1 saatlıq proqram yayımlanacaq”-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir