“Qayət, İYİ olacaq, inşallah!”- AKŞƏNƏRDƏN BAXÇALIYA “SLOQAN”LI CAVAB

MHP genəl başqanı Dövlət Baxçalı ilə keçmiş MHP-li, hazırda “İYİ Parti”nin genəl başqanı Meral Akşənər arasında növbəti dəfə söz dueli yaşanıb, bu dəfə isə “İYİ”-nin şüarı, sloqanı üzərindən.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, bu gün jurnalistlərə açıqlamasında Baxçalı növbədənkənar parlament seçkilərində iştirak etmək üçün MHP-də namizədliyə namizədlik yarışının gedişatına toxunarkən, “qayət hər şey yaxşı(iyi) olacaq”- deyib.

baxcali-meral

“Qayət yaxşı (iyi) olacaq Türkiyə üçün. Bir partiyanın sloqanına-şüarına bənzədi, amma ölkəmiz üçün yaxşı (iyi) olacaq. MHP seçimləri də çox yaxşı şəkildə sürətlənir”-deyə, o, sözlərinə əlavə edib.

Akşənərdən də Baxçalıya cavab özünü çox gözlətməyib, o, “tvitter” hesabından yazıb:

“Allah söylədir: Qayət, İYİ olacaq, inşallah! Türkiyə İYİ olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Korrupsiya məsələsi ölkələrə zərər vurmaq üçün siyasi alətə çevrilib…” – HƏSƏNOV

Read Next

AŞ SƏNƏ LAZIM DEYİLSƏ, AZƏRBAYCANA LAZIMDIR- Politoloqdan Seyidova cavab

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir