Qaydalar dəyişdi – Beynəlxalq Olimpiya Komitəsi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb.

Etikxeber.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

Buenos-Ayres Olimpiadasınn təşkilat komitəsinin bu təklifində karate ilə yanaşı idman rəqsləri və idman dağadırmanması növləri də var. Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

Argentinanın paytaxtında bu mötəbər idman hadisəsi 2018-ci il oktyabrın 1-12 aralığında təşkil ediləcək. Beləliklə yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiadada iştirak edəcəklər.

Etikxeber.az

 

Read Previous

Sabirabadda ev, Lənkəranda çayxana yandı

Read Next

“Milyardlarla vəsait xərclənsə də…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir