“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri görüləcək”-BŞBPİ BAKI SAKİNLƏRİNƏ MÜRACİƏT ETDİ

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.  

İdarədən Etikxeber.az-a verilən məlumatda qeyd olunur ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir:

“Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) maska taxmaq məcburidir. Sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülür”.

Etikxeber.az

Read Previous

“Onun yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı…”-EKS-DEPUTATIN YAZISI

Read Next

“Öhdəsində azyaşlı bir və bir neçə uşağı olan ana necə etsin? Bu uşaqları hara qoysun?”- PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN VACİB TƏKLİF, OPERATİV QƏRARGAHA SƏSLƏNİŞ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir