“QAYITDIQ!”-Millət vəkili, şair Musa Urud Şuşaya dönüşə həsr olunmuş şeirini belə adlandırdı

Millət vəkili, şair Musa Quliyev (Urud) növbəti şeirini oxucularına təqdim edib.

O, Şuşanın işğaldan azad edilməsi və Qarabağın bu dilbər guşəsinə qayıdışa həsr olunmuş “QAYITDIQ” adlı sözügedən şeirini öz şəxsi sosial şəbəkə hesabından paylaşıb və oxucular, izləyəcilərlə bölüşüb.

Etikxeber.az həmin şeiri təqdim edir:

Qırx dörd gün şərəfə şan qovuşdurdu,

Gecəni səhərə dan qovuşdurdu,

Bizi qəm ayırdı, qan qovuşdurdu,

Hər daşı qibləgah Şuşam, qayıtdıq!

Pənah xan şəhəri, pənahım şəhər,

Son arzum, ümidim, son ahım şəhər.

Qarşında çoxsa da günahım, şəhər,

Nə pərvanə döndü, nə şam, qayıtdıq!

Salam, Cıdır düzü, İsa bulağı,

Topxana meşəsi, qoca Kirs dağı.

Salam, Gövhərağam, pirim, ocağım,

Uca minarəsi qoşam, qayıtdıq!

Qürurla yellənsin üç rəng bayrağın

Ocağın gur yansın, artsın növrağın.

Gözün aydın olsun, Vətən torpağı,

Zəfərin mübarək, Paşam, qayıtdıq!

Etikxeber.az

Read Previous

“Füzuli aeroportu Qarabağın hava qapısıdır”-İlham Əliyevlə Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə-TANIŞ OLDULAR – FOTOLAR – YENİLƏNİB

Read Next

Yoluxma və ölüm sayında azalma-3107 NƏFƏR VƏ 39 NƏFƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir