“Qazanan Şəkimiz, bütövlükdə xalqımız, Azərbaycanımız, insanlarımız olacaq” – DEPUTAT – RƏYLƏR

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir. Bu hadisə bir Azərbaycan vətəndaşı kimi, hamımızı qürurlandır, sevindirir.

Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

O, qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi həm də ölkəmizin nüfuzunun və çəkisinin növbəti göstəricisi, etirafıdır:

“Qeyd edim ki,  ümumiyyətlə, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Eyni zamanda, məlum olduğu kimi, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdi. 

Yəni, Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir və göstərməkdədir. Bu əməkdaşlıqda və tərəfdaşlıqda da ölkənin birinici xanımı, birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi, zəhməti, xidmətləri və fəaliyyətləri çox böyükdür, misilsizdir.

Məhz onun uğurlu, səmərəli və effektli əməkdaşlığı, işbirliyi sayəsində Azərbaycan-UNSEKO münasibətləri bu gün özünün pik həddini yaşamaqdadır. Məhz bu məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə – İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Həmçinin,  zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Bununla belə, Mehriban xanım Əliyevanın 43-cü Bakı sessiyasının açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır.

Birinci vitse-prezident çıxışında “Bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”-deyərək, Azərbaycan-UNESKO əməkdaşlığı və tərədaşlığının bundan sonra daha yüksələn xətt üzrə inkişaf edəcəyinə işarə vurmuş oldu. Şəxsən mən də belə hesab edirəm ki, əməkdaşlığın, tərəfdaşlığın indiki inkişaf templəri qorunub, saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında UNESKO əvəzsiz bir tribunadır”.

Son hadisəni də Azərbaycan-UNESKO əməkdaşlığının növbəti əyani nümunəsi və təzahürü kimi qiymətləndirən millət vəkili istər ölkə prezidenti İlham Əliyevin, istərsə də birinci vitse-prezident Mehiban Əliyevanın Azərbaycan xalqına təbrikində yer alan fikirlərlə həmrəy olduğunu, onları birmənalı şəkildə bölüşdüyünü vurğulayıb.

“Hər iki təbrikdə səsləndirilən fikirlərlə həmrəy olduğumu bildirərək, bu tarixi hadisə münasibəti ilə hər bir kəsi, xalqımızı təbrik edirəm. Hər birimizin, bütün məmləkətimizin gözü aydın olsun. İnanıram və əminəm ki, bunun davamı da olacaq, davamı da gələcək. Digər maddi-mənəvi, həmçinin, qeyri-maddi irsimiz UNESKO-nun Ümumdünya İsr Siyahısında yerini alacaq“-deyə, xanım parlamentari sözlərinə əlavə edib.

yunesko-mehriban xanım-1

Mandatory Credit: Photo by Christophe Petit Tesson/Epa/REX/Shutterstock (8452196a) View of the Unesco's Great Conference Room During the 38th Session of the United Nations Educational Scientific and Cultural Organization (unesco) General Conference at the Unesco Headquarters in Paris France 09 November 2015 the 38th Session of the Unesco General Conference Runs From 03 to 18 November 2015 France Paris France Unesco Bolivia - Nov 2015

jalllaaa

 

eldeniz qardaş

Son tarixi hadisə münasibəti ilə Azərbaycan xalqını təbrik edən digər millət vəkili Eldəniz Səlimov da hesab  edir ki, bu tarixi nailiyyətin arxasında illərin gərgin əməyi, zəhməti, ölkə prezidenti ilə birinci vitse-prezidentin səmimi əməkdaşlıq niyyətləri, addımları, Azərbaycan-UNESKO münasibətlərinin yüksələn xətt üzrə inkişafı dayanır.

Millət vəkilinin dediyinə görə, çünki hər bir xidmətin, hər bir zəhmətin, çəkilən hər bir əziyyətin mütləq qarşılığı, müsbət nəticəsi olmalıdır və olur:

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını da məhz bu cür qiymətləndirirəm. Azərbaycan-UNESKO əməkdaşlığı indiyə qədər səmələrəli və effektli nəticələrini verdiyi kimi, bu gün də bir daha öz müsbət nəticələrini, töhfələrini ortaya qoydu. Bunda da həm UNESKO-nun, həm ölkə prezidentinin, həm birinci vitse-prezidentin fəaliyyəti, əməyi, zəhməti, xidməti böyükdür, tarixidir. Hesab edirəm ki, bu hadisə digər müsbət nəticələri ilə yanaşı, Azərbaycanda son illər vüsət alan turizmin daha da inkişafına və çiçəklənməsinə öz  töhfəsini verəcək. Ölkəmizə gələn, ölkəmizə maraq göstərən turistlərin sayı daha da artacaq. Şəki tarixən turizm məkanı olub, bu hadisədən sonra turizm Şəkinin bütövlükdə həyatının daha da zənginləşdirmiş və gözəlləşdirmiş olacaq. Bundan qazanan Şəkimiz, bütövlükdə xalqımız, dövlətimiz, Azərbaycanımız, insanlarımız olacaq. Odur ki, bir daha xalqımızı, dövlətimizi, bu məsələdə əməyi, zəhməti olan hər kəsi təbrik edirəm”-deyə, millət vəkili daha sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Maddi-mənəvi irsimizə yiyələnmək istəyənlər bir daha cavablarını aldılar” – DEPUTAT

Read Next

Aydın Mirzəzadə İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir