Qazax sakini 7 yaşlı nəvəsini güllələyib…

Qazax rayonunun Şıxlı kəndində kənd sakini ehtiyatsızlıqdan açılan atəşlə 7 yaşlı nəvəsinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb.
Etikxeber.az

Read Previous

Qənirə Paşayeva Jirinovskiyə və “Rusiyasevdalılar”a od “püskürdü”…

Read Next

Bugünkü hərracda dolların məzənnəsi 1,82 manata endi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir