“Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir”-DSX

“İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir”.

Bu barədə Etikxeber.az-a DSX-dan bildirilib.

Qeyd olunub ki, əksinə, DSX-nın sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.

Etikxeber.az

Read Previous

“Ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Sosial məsafəni gözləməklə, “imtahan verənin sağlamlıq bəyannaməsi” təqdim edən bütün şagird və abituryentlərin imtahan vermələrinə şərait yaradılmalıdır”-MUSA QULİYEV OPERATİV QƏRARGAHA VƏ DİM-Ə SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir