Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bir sıra media resurslarında və saytlarda Qazax İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı məqalələr və Qazax camaatına ünvanlanmış etiraz mitinginə çağırışlar dərc olunur. Məqalələr tamamilə yalan və təxribat xarakteri daşıyır, bu, aydındır”.
Etikxeber.az-ın məlumatına görə, bunu Qazaxdan millət vəkili olan, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə öz “Facebook” səhifəsində yazıb.
“Mənə aydın olmayan başqa məqamdır: etiraz aksiyasının, narazılığın səbəbi nədir”-deyə, millət vəkili daha sonra sual edib.
Onu da qeyd edək ki, 1971-ci il təvəllüdlü K. Nəbizadə Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin bacısı oğludur.
Etikxeber.az