Qazaxıstanda avtobus faciəsi: 52 NƏFƏR YANARAQ ÖLDÜ

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 50-dən çox insan həlak olub.

Etikxeber.az Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi məlumat yayıb. Komitənin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş sərnişin sağ çıxa bilib. Onlara tibbi yardım göstərilir. Qalan 52 nəfər hadisə yerində ölüb.

Qəza yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 8:30) Samara-Çimkənt-İrgiz avtomobil trasında baş verib. Avtobusda 55 sərnişin və 2 sürücünün olduğu bildirilir.

Aktobe vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına əsasən, həlak olanların hamısı Özbəkistan vətəndaşlarıdır. Hadisə ilə bağlı operativ qərargah yaradılıb. Qəza yerində polislər, xilasedicilər və tibb işçiləri işləyir.

Etikxeber.az

 

Read Previous

Bahar Muradova, Əflatun Amaşov, Qənirə Paşayeva, Zahid Oruc, Musa Urud … – SİYAHI

Read Next

İsa Qəmbər təşəkkür etdi … – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir