Qazaxıstanda ikinci dəfə – ZƏLZƏLƏ BAŞ VERDİ

Qazaxıstanın cənub-şərqində Almatı vilayətində yerli vaxtla saat 9:12-də 4,9 maqnituda gücündə zəlzələ baş verib.

Etikxeber.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə ölkənin seysmoloji təcrübə-metodik mərkəzi məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsi həmin regionda, Almatıdan 145 kilometr şimal-şərqdə saat 05:07-də 5,4 bal gücündə zəlzələ olduğu barədə məlumat verib.

Jarkent şəhərində yeraltı təkan МSК-64 şkalası üzrə 5 bal gücündə, Taldıkurqan və Satı qəsəbəsində 2-3 bal gücündə hiss edilib. Zərərçəkənlər və dağıntı barədə məlumat daxil olmayıb.

Etikxeber.az

Read Previous

“Polisi təhqir edib, dilənçiliyə haqq qazandıranlar olub…” – MEHRİBAN ZEYNALOVA

Read Next

Ailə mübahisələrinin məhkəmədənkənar xərcləri – DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir