Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir az əvvəl Təbrizlə telefonla danışdım. Bəli, səhv eşitmədiniz! TƏBRİZ DANIŞIR! Mərmi zərbəsi nəticəsində nitqini itirən, kontuziya keçirən Qazimiz Təbriz Əlizadədən xəbər gözləyən, ona həssaslıqla yanaşan hər kəsə məlumat verərək demək istəyirəm ki, dünən onun müayinə və müalicəsi ilə bağlı olaraq Müdafiə Nazirinin müavini, general Kərəm Vəliyevlə,Səhiyyə Nazirinin müavini Elsevər Ağayevlə, Hərbi Hospitalın Baş Həkimi Vüqar Mürsəlovla, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Baş Həkimi Ağahəsən Rəsulovla danışıb, vəziyyətini müzakirə etdik. Hərbi Hospitalda ilkin müayinədən keçirildi. Bu gün səhərdən xəstəxanaya yerləşdirilməsinə qərar verildi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.
Millət vəkili onu da deyib ki, Təbriz dünən çox əsəbi olub. Onu hospitala demək olar, yalvararaq, çox çətinliklə aparıblar.
“Açığı bu gün də eyni səhnəylə qarşılaşacağımızı düşünürdüm. Lakin… Lakin bu səhər tezdən telefonla aldığım xəbər məni inanılmaz dərəcədə sevindirdi və təəccübləndirdi. Səhər tezdən köməkçim Firdovsi Eyvazovun zənginə oyandım. Erkən, vaxtsız gələn zənglərin məni çox həyəcanlandırdığını bildiyi üçün, elə ilk cümləsi bu oldu ki, müəllimə qorxmayln. Yaxşı xəbər verməyə zəng etmişəm.
“BU GECƏ TƏBRİZİN DİLİ AÇILIB!”.
O anda hansı hissləri keçirdiyimi tam olaraq ifadə edə bilmirəm… Yanında olan qaynı, həm də adaşı Təbriz Həmidovun dediyinə görə Təbriz dünən gün boyu xəstəliyi ilə yaxından məşğul olunduğunu, ona çox diqqət göstərildiyini gördükdən və eşitdikdən sonra psixoloji baxımdan xeyli sakitləşib, rahatlanıb. Gecə boyu da yanında aparılan söhbətlər, bir başa ən yüksək səviyyədə kömək edildiyini eşitməsi və bilməsi sanki ona müsbət təkan verib. Və gözlənilmədən danışmağa başlayıb. Allahım, sən böyüksən! Sən bütün möcüzələrə qadirsən!
Hamımızın gözü aydın olsun! Amma bu gün onun dilinin açılmağı hələ tam sağalmağına dəlalət etmir. Bir az əvvəl Hərbi Hospitalən baş həkimi Vüqar doktorla bir daha əlaqə saxladım. Ciddi müayinələrdən, aparat müayinələrindən keçdikdən sonra, travmanın ocağı tapıldıqdan sonra dəqiq diaqnoz qoyulacaq və müalicə ediləcək. Dedi ki, ona sakitlik, yüksək əhval ruhiyyə, rahat mühit çox vacıbdir. Hələlik isə bu gözlənilməz xəbərin sevincini sizlərlə bölüşmək istədim. Və əlbəttə ki, dünən müraciətimizi cavabsız buraxmayan bütün dövlət qurumlarının rəhbərlərinə, xüsusilə də hörmətli generalımız, hər bir əsgərə öz övladı kimi yanaşan, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, dəyərli Kərəm Vəliyevə və Hərbi Hospitalın Baş Həkimi Vüqar Mürsəlova dərin minmətdarlığımızı bildirirəm. Təbriz, ona dəstək olan hər kəsə salam göndərdi. Mən də öz növbəmdə bir daha bu günlərdə Təbrizin ailəsinin yanında olan bütün Zərdablılara və xüsusilə məlumatı ictimailəşdirən, ailəyə yaxından kömək edən Coşqun Abdullayevə təşəkkür edirəm”-deyə, millət vəkili əlavə edib.
Etikxeber.az