Qazi Xankişi Yusifov yenidən əməliyyat olundu və bu gün-XƏSTƏXANADAN EVİNƏ BURAXILDI – FOTOLAR – YENİLƏNİB

Bərdə rayonundan olan İkinci Vətən Müharibəsi Qazisi Xankişi İlham oğlu Yusifov bugünlərtdə növbəti dəfə ağır cərrahi əməliyyatdan çıxıb.

İkinci Qarabağ Savaşı zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ölümlərdən dönən, səhhətində ciddi problemlər yaranan Xankişi Yusifov bu dəfə Respublika Neyrocərrahiyyə Xəstaxanasında və mayın 3-də əməliyyat olunub.

Əməliyyatı ağır olsa da və bir neçə saat çəksə də, uğurla və salamatlıqla başa çatıb.

Etikxeber.az xəbər verir ki, Xankişi Yusifov bu gün səhər saatlarında isə əməliyyat olunduğu xəstəxanadan evinə buraxılıb.

Qazi öz növbəsində Xəstəxananın rəhbərliyinə, tibbi personalına, əməliyyatında əməyi, zəhməti olanlara-Baş həkim Elçin İbrahimova, cərrah Nicat Müştaqova, şöbə müdiri Rasim Quliyevə, Spinal neyrocərrahiyyə şöbəsinin baş tibb bacısı Afət Kazımovaya öz təşəkkür və minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Bərdə rayonundan (əslən Goranboydan) olan Xankişi Yusifov 1994-ci ilin 30 iyun tarixində sadə bir ailədə dünyaya gəlib, hazırda 29 yaşı var.

Ailədə iki övlad, bir bacı-bir qardaşdırlar.

İkinci Vətən Müharibəsi zamanı ağır yaralanan Qazimiz 2 gün “morq”da, 46 gün isə koma vəziyyətində qalıb.

Uzun müddət ağır müalicə və müayinələrdən, əməliyyatlardan keçib.

Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunmasına görə” “Cəsur döyüşçü”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

O, həm də subaydır və hazırda özəl klinikalardan birinin təhlükəsizlik xidmətində işləyir.

Allah bir daha şəfasını versin, bir daha köməyi olsun!

14:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və küləkli olacaq-SABAH

Read Next

Heydər Əliyev Mərkəzinin departament direktoru-MƏDƏNİYYƏT NAZİRİNİN MÜAVİNİ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir