“Qazimizin danışığında qırlmalar var, ürək nahiyəsi və bədənində isə hələ də qəlpələr qaldığı üçün ağrıları olur…Qardaşı da İkinci Vətən Müharibəsi iştirakçısıdır”-BƏHRUZ MƏHƏRRƏMOV QAZİ İBRAHİM BAYRAMLIDAN DANIŞDI – FOTO

Biləsuvardan 21 yaşlı qazimiz Bayramlı İbrahim Akif oğlu Vətən müharibəsi başlayan gündən cəbhəyə yollanmış, Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, cənab Prezidentin Sərəncamlarına əsasən, Cəbrayıl, Füzulin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur. İbrahim Şuşa uğrunda gedən ağır döyüşlərdə ağır yaralanmış, həm güllə, həm qəlpə yaraları almışdır. Qazimiz müalicəsini hazırda davam etdirsə də, danışığında qırlmalar var, ürək nahiyəsi və bədənində isə hələ də qəlpələr qaldığı üçün ağrıları olur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, bu gün İbrahimlə birgə müalicə və reablitasiyasını davam etdiyi Nəsirəddin Tusi adına Klinikaya gedərək həkimləri ilə söhbət edib.

“Həkimlərin dediyinə görə, müalicə artıq təsirini göstərir, Qazimizin hərəkəti və nitqi bərpa olunmaqdadır. İndi yalnız qalır qəlpələrin çıxarılması. Xəstəxanadan sonra İbrahimlə yol yoldaşı olduq, söhbət əsnasında məlum oldu ki, İbrahimin ailədə tək döyüşçü deyil, onun qardaşı da Vətən müharibəsində iştirak edib. Qazimizi də, onun vasitəsi ilə şifahi olsa belə, ailəsini də tanımağa şad oldum”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident əmək pensiyalarının indeksləşdirilməsi haqqında-SƏRƏNCAM İMZALADI

Read Next

ETİBARLI GƏLƏCƏK İNŞASI…-Qənirə Paşayevanın baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir