Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanda siyasi və makroiqtisadi sabitlik ölkənin davamlı inkişafına zəmin yaradıb”.
Etikxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazir bildirib ki, 2014-cü ildə regionların inkişafına start verməsəydi, bu nəticələri əldə etmək mümkün olmayacaqdı.
“Regionların yeni siması salınır. Azərbaycan prezidentinin tapşırığı ilə 40 yeni kənd yolu dövlət vəsaiti hesabına əsaslı təmir olunacaq və ya yenidən salınacaq. Ölkədə qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verib. Su təchizatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verib” – deyə, nazir əlavə edib.
Etikxeber.az