QDİƏT PM-in komitə iclası başlayır – PARLAMENTİ AMAŞOV TƏMSİL EDƏCƏK

Deputat Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.

Etikxeber.az-ın xəbərinə görə, yığıncaqda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək.

Həmçinin, komitənin növbəti iclasının yeri,  vaxtı və gündəliyi müəyyənləşdiriləcək.

Səfər sentyabrın 20-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Həbibbəyli, Kərimli, Babaxanlı və Hüseynov – DİREKTOR SEÇİLDİLƏR

Read Next

Sərhəddə yenidən gərginlik – BİR NƏFƏ ÖLDÜ, 13 NƏFƏR YARALANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir