QDİƏT PM-in 53-cü Baş Assambleyası öz işinə başlayır – MİLLİ MƏCLİSDƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək.

Belə ki, 10-a yaxın ölkənin parlamentarisi  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyasının Bakıda, Milli Məclisdə (MM) təşkil ediləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycana gəliblər. 

Etikxeber.az-ın əldə etdiyi məlumata görə, 53-cü Baş Assambleyanın açılış mərasimi saat təxminən 10.45  radələrində olacaq.

Təxminən 7-8 saat davam edəcək Baş Assambleyanın iclasında spiker Oqtay Əsədov başda olmaqla MM rəhbərliyi, QDİƏT PM-in rəhbər şəxsləri, Türkiyə, Ukrayna, Serbiya, Yunanıstan, Gürcüstan və digər üzv ölkələrin parlamentariləri iştirak edəcək.

Qeyd edək ki, sessiyada iştirak edəcək şəxslər arasında Bolqarıstan Respublikası Xalq Məclisinin Tsveta Karayançeva da var.

bulqar

O, jurnalistlərə açıqlamasında deyib ki, Bakıya QDİƏT PM-in 53-cü Baş Assambleyasında iştirak etmək üçün gəlib:

“Bu təşkilat üzv ölkələrin sülh və qarşılıqlı anlaşma məqsədilə əməkdaşlıq etməsinə imkan yaradır”.

Qeyd edək ki, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinə millət vəkili Eldar Quliyev rəhbərlik edir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Aqrar sığorta haqqında” qanun layihəsi sonuncu oxunuşda – 3 DÖVLƏT QURUMU VAHİD MÖVQEYƏ GƏLƏCƏKMİ VƏ YENİ SƏNƏD İŞLƏYƏCƏKMİ?

Read Next

53-cü Baş Assambleya başladı- OQTAY ƏSƏDOV BƏYANATLA ÇIXIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir