QDİƏT PM-in komitə iclası başladı – FOTO

Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçirilir.

Etikxeber.az xəbər verir ki, iclasda Milli Məclisin (MM) deputatı, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, QDİƏT PM-in sədr müavini, qurumun Hüquqi və siyasi məsələlər komitəsinin sədr müavini Eldar Quliyev və deputat İlham Əliyev iştirak edirlər.

Tədbirdə nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev “Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda çıxış edib.

Qeyd edək ki, sentyabrın 25-i və 26-sı tarixlərində keçiriləcək iclaslarda müxtəlif mövzular üzrə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Etikxeber.az

Read Previous

APOEL -“Qəbələ” oyununun hakimləri açıqlandı…

Read Next

Daha bir YAP-çı deputat “xarici müdaxilə”dən danışdı – “MÜHACİR”LƏRİ KƏSKİN TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir