Qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb – HƏRBİ PROKUROR BELƏ İDDİA ETDİ – FOTO

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti də artırılıb. Belə ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.

Etikxeber.az xəbər verir ki, bunu yanvarın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2018-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı hərbi prokuror Xanlar Vəliyev  deyib.

Qeyd edib ki, 2017-ci illə müqayisədə icraatına xitam verilmiş və icraatı dayandırılmış cinayət işlərinin sayı azalıb, istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ittiham irəli sürülmüş təqsirləndirilən şəxslərdən bəraət alan olmayıb. mçinin məhkəmə baxışları zamanı təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan cinayət işləri olmayıb.

Qeyd olunub ki, 2017-ci illə müqayisədə ötən il törədilmiş cinayətlər 12,6 faiz, hərbi xidmət əleyhinə cinayətlər 4 faiz, qeyri-hərbi cinayətlər 34,3 faiz; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 faiz, az ağır cinayətlər 2,8 faiz, xüsusilə ağır cinayətlər 48,6 faiz azalıb. Azalma xəstəlik nəticəsində ölüm hallarında 40 faiz, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm hallarında 64,7 faiz; qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24,7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43,6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15,5 faiz təşkil edib.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrdə baş vermiş və səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub:

“Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub.

Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Nəticədə 2017-ci illə müqayisədə ötən il törədilmiş qəsdən adamöldürmə cinayətləri 61,5 faiz, intihar hadisələri 23,1 faiz azalıb…”.

Etikxeber.az

Read Previous

“Lovğalıq olmasın…” – ARİF RƏHİMZADƏ – YENİLƏNİB

Read Next

Məlahət İbrahimqızı ilə Şahin İsmayılov MM-in komitə sədrinin müavini olacaqlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir