“Qeyri-dəqiq və nəzakətsiz məlumatları özündə əks etdirən müraciətlər çox olmasa da, var…”- DEPUTAT NARAZILIQ ETDİ

Milli Məclisin deputatı İltizam Yusifov Şirvan şəhəri vətəndaşları ilə növbəti qəbul keçirib.

Etikxeber.az xəbər verir ki, görüşdə seçiçilərin müraciətlərinə baxılıb, səlahiyyətlər çərçivəsində müəyyən məsələlərin həllinə köməklik göstərilib və bəzi məsələlərin də həlli istiqamətində iş aparılır.

“Ümumilikdə bu günə qədər daxil olmuş müraciətlərin məzmunu haqqında vəziyyət belədir: 1. Məşğulluqla bağlı;2. Aztəminatlı ailələrə yardımların (karantin rejimi ilə əlaqədar) verilməsi ilə bağlı müraciətlər;3. Əmək mübahisələri ilə bağlı suallar; 4. Yaşayış yeri ilə təmin olunma;5. İçməli su təminatı. Su və kanalizasiya xətlərinin təmiri;6. Şəhər nəqliyyatının vəziyyəti ilə bağlı problemlər;7. Müalicə və dərmanların təminatı ilə bağlı müraciətlər;Vətəndaşların müraciətlərinin təhlili, onların məsələlərə yanaşma tərzinin öyrənilməsi göstərir ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan bəzən əsaslandırılmış cavablar ala bilmir, nəticədə vətəndaş məmnun qalmır və digər instansiyalara məsələnin həlli üçün müraciətlərini davam etdirir. Digər bir fakt da mövcuddur ki, vətəndaşlar heç də həmişə aidiyyatı üzrə müraciətlərini düzgün qurmurlar və yaxud lazımi instansiyaya müraciət etmirlər.

Bundan əlavə qeyd etmək lazımdır ki, bəzən vətəndaşlar whatsappla, messengerlə və s. səs yazıları, hətta, bəzən etik formata sığmayan səs yazıları da göndərirlər və sonra həmin problemlərin həllini tələb edirlər. Hesab edirlər ki, bu, düzgündür. Seçicilərdən xahiş olunur ki, deputatın əlaqə nömrələrinin əlçatan olmasından və hər bir hətta kiçik bir müraciətə həssaslıqla yanaşılmasından süni istifadə etməsinlər. Etik qaydalara riayət olunmalı, nəzərə alınmalıdır ki, deputat da qanunla müəyyən olunmuş statusa malikdir və o tək sənin deputatın deyil. Freydin gözəl bir sözü var: “bu gözəl həyat təkcə sənin deyil, …”.

Bu cür qeyri-dəqiq və nəzakətsiz məlumatları özündə əks etdirən müraciətlər çox olmasa da var və bundan sonra həmin kontaktların bloklanması planlaşdırılır. Deputatınız hər zaman sosial şəbəkələrdə olur, hər bir vətəndaşın müraciətınə, yazısına reaksiya verir. İstənilən seçicı, istənilən vaxt Deputata prosedur qaydada müracət edə bilər”-deyə, sonra məlumatda qeyd olunur.

Etikxeber.az

Read Previous

“Ölkəmizin qadınları adına bu çox qürurverici faktdır…”-FATMA YILDIRIM

Read Next

“Pandemiya dövründə də Azərbaycan dövləti vətəndaşlarımıza böyük dəstək tədbirləri həyata keçirdi…”-SAHİBƏ QAFAROVANIN NÖVBƏTİ VİDEOQƏBULU BAŞ TUTDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir