“Qeyri-formal məşğulluq mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır” – RƏCƏBLİ

HADİ RƏCƏBLİ : Valideynlər uşaqlarını Bodruma aparır, amma öz bölgələrimzə aparmırlar

Etikxeber.az-ın suallarını siyasət elmləri doktoru, professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavablandırır:

-Hadi müəllim, atıq Milli Məclis (MM) növbəti yaz və növbədənkənar sessiyalarını baş vurdu, millət vəkilləri rəsmən yay tətilinə yollandırılar. Bu baxımdan, son sessiyalar komitənizin qanunvericilik fəaliyyəti ilə bağlı nələrlə yadda qaldı? Bu yerdə qeyd edək ki, parlamentin ən əsas, insanlarla, vətəndaşlarla, xüsusilə, daha çox yardıma, dəstəyə ehtiyacı olan təbəqələrlə bağlı olan komitələrdən biri və bəlkə də birinci Sizin komitədir. İnsanlar ən çox bu komitədən, yəni, onların sosial hüquqlarının təmin olunmasını Sizlərdən umurlar, gözləyirlər, ona görə bəzən iradlar, təkliflər daha çox Sizin komitəyə ünvanlanır. Odur ki, komitənizin son sessiyalardakı fəaliyyətini tam qaənaətbəxş hesab etmək olarmı?

elmira xala-hadi

-Doğrudan da, parlamentin ən çox üz tutulan və ən işlək komitələrindən biri Əmək və sosial siyasət komitəsidir. Milli Məclisə daxil olan ərzizə, şikayət və müraciətlərin ən böyük hissəsi də bizim komitənin payına düşür. Ən çox qəbula gəlinən, qəbul keçirilən komitə də Əmək və sosial siyasət komitəsidir. Odur ki, bizim komitə tətil oldu, olmadı, iclaslar oldu, olmadı, daim fəaliyyətdədir, axtarışdadır. Hər sessiyada bizim komitənin ya özünün hazırladığı, ya da bizim komitəyə daxil olan qanun layihələrinin bir neçəsinin istər komitə səviyyəsində, istərsə plenar iclaslarda müzakirələri keçirilir və sonda da onların qəbuluna nail olunur.

Məsələn, son-yaz sessiyasında Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hazırlanan çox mühüm qanun layihəsi-“Əlilliyi olan şəxslərin hüquqları haqqında” sənəd müzakirələrə çıxarıldı və çox maraqlı, çox gərgin fikir mübadilələrindən, fikir dartışmlarından sonra onun qəbulü mümkün oldu. Bu qanun hazırlanması və qəbulu heç də asan mümkün olmadı…

-Bu yöndə yeni qanunun qəbulunu haradan zərurət yaranmışdı?

– Bilirsiniz, həmin qanun layihəsinin müzakirəsinə qədər qqüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun 25 il bundan öncə qəbul olunmuşd. 2008-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına və bu sənədin Fakültativ protokoluna müvafiq bəyanatla qoşulmaqla orada təsbit olunmuş prinsiplərə sədaqətli olduğunu nümayiş etdirmişd. Yəni, həmin qanununun qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranmışdı. Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu özü göstərdi və bunun üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi BMT-nin, Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlandı…

-Yeni sənədin üstünlükləri nədən ibarətdir, orada nələr ehtiva olunur?

-Bu, çox vacib bir sferaya, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin fundamental prinsiplərini özündə ehtiva edən bir hüquqi sənəddir. Onun əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etmək, habelə onların sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Qanun 8 fəsil və 40 maddədən ibarətdir. Elə sənədin preambulası onun mahiyyətini tam açıqlayır. Eyni zamanda, məsələn, terminoloji və hüquqi anlayışlar arasında əlilliyə görə ayrı-seçkilik, ağlabatan uyğunlaşma, abilitasiya, universal dizayn və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı kimi fikirlərin milli qanunvericilikdə ilk dəfə təsbit edilməsi xüsusi qeyd olunmalıdır. Yəni, bu sənədə qədər qüvvədə olan qanundan fərqli olaraq, onun tətbiq ediləcəyi şəxslərin dairəsi (Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) dəqiq müəyyənləşdirilib…

HADİİİİİİİİİİİİİİİİİİİİİİİİİİİİ

-Müzakirələr zamanı “ağlabatan” sözünə münasibət birmənalı olmadı, komitənizin əksər üzvləri qanunda belə bir sözün yazılmasının heç cür anlaşılan olmadığını dilə gətirdilər…

-Mən millət vəkillərini, komitəmizin üzvlərini anlayıram, fikirlərinə, iradlarına da hörmətlə yanaşıram. Amma bəzən elə sözlər, terminlər, anlayışlar olur ki, onların başqa qarşlığı, dəqiq tərcüməsi olmur. Odur ki, bəzən belə-yəni, müzakirələrə və narazılıqlara məruz qalan sözlərdən, teminlərdən ictifadə etmək məcburiyyətində qalırıq ki, “ağlabatan” da məhz onlardan biridir… Yəni, “ağlabatan”ı dəyişdirə, yenisi ilə əvəzləyə bilmədik, çünki məqbuldur, daha “ağlabatan”dır (gülür)… Eyni zamanda, qanunla bağlı fikirlərimi davam etdirək bildirmək istəyirəm ki, məsələn, II fəsil Əlilliyi olan şəxslərin reabilitasiyasi, abilitasiyasi və inkişafi adlanır ki, bu fəsildə də uşaqlar arasında sağlamlıq üzrə profilaktik tədbirlər, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası, tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədi ilə tərtib olunan Fərdi Reabilitasiya Proqramı təsbit edilib.Bu fəsildə Dövlət fiziki qüsuruna görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, bu qrup insanların reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Bu baxımdan, sənədə hər bir əlilliyi olan şəxsə münasibətdə Fərdi Reabilitasiya Proqramının tərtib olunması və icrası ilə bağlı normalar daxil edilib. Eyni zamanda əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı vermək məqsədilə onların abilitasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Çox mühüm məqamlardan biri kimi, qanunda sağlamlıq imkanları məhdud uşaqların həm məktəbəqədər və məktəbdənkənar (maddə 18), həm də stasionar müəssisələrdə olduqları dövrdə təlim və tərbiyəsi (maddə 19) maddələri bu xidmətin (fəaliyyətin) həyata keçirilməsi zamanı baş verə biləcək neqativ halların qarşısının alınmasına xidmət edir. Bir sözlə, hesab edirəm ki,bu sənəd istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq.

-Əlillərlə bağlı kvotaların ayrılması məsələsi də çox ciddi müzakirə mövzularından oldu və hələ də bu yöndə müzakirələr, mübahisələr bitməyib. Gələcəkdə, təkmilləşdirmələr prosesində bu məqam da nəzərə alına bilərmi?

-Alına bilər, niyə də alınmasın ki?! Yəni, bu məsələ də istisna deyil. Amma hər bir məsələnin də öz məqamı və öz zamanı var. Azərbaycanda əlillərinin işlə təmin olunması istiqamətində görülən işləri, atılan addımları da görməmək düzgün və insaflı olmazdı…

HADİ-HADİ-1

“Fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfərdir…”

-Yeri gəlmişkən, Azərbaycanda əlillərin sayı ilə bağlı dartışmalar, mübahisələr də səngimək bilmir. Xüsusilə də, əlilliyin müəyyənləşdirilməsi məsələsində ciddi problemlərin olduğu daim diqqətə, gündəmə gətirilir. Hətta, parlamentdə belə bir təklif də səsləndi ki, bu məsələ bəlkə “ASAN Xidmət”ə həvalə olunsun…

-Əvvəla, bir daha qeyd edim ki, Azərbaycanda fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfər təşkil edir. Bu da təxminən ölkə əhalisinin 6%-ə qədəridir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə, bu qrup insanların sayı demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır. Amma bununla belə, bu məsələdə, yəni, əlilliyin müəyyənləşdirilməsi istiqamətində də problemlər yox deyil. Yəni, səslənən iradlarda da həqiqət payı az deyil. Bu baxımdan, elə bir istiqmət seçilməli, elə bir mexanizm tapılmalıdır ki, bu məsələdə problemlər olmasın, xoşagəlməz söz-söhbətlər birdəfəlik aradan yığışdırılsın. Onu da qeyd edim ki, bizim komitə hər zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx-qarşlıqlı fəaliyyətdə olub. Nazirliyə də yeni rəhbərlik gəlib. Odur ki, bir sıra məsələlərin qarşılıqlı şəkildə müzakirə edilməsi və çözülməsi məqsədi ilə adıçəkilən nazirliklə ictimai dinləmələrin keçirilməsini istəyirik. Bununla bağlı hətta, komitəmizin adından sözügedən nazirliyə məktibla da müraciət etmişik və bildirmişik ki, qarşıdan gələn payız sessiyası çərçivəsində bu yöndə ictimai dinləmə keçirilsin. Çox güman ki, xahişimiz nəzərə alınacaq və belə bir ictimai dinləmə baş tutacaq.

-Növbədənkənar sessiyanın sonunda uzun-uzadı müzakirələrə səbəb olmuş daha bir qanun layihəsi qəbul olundu, yəni, “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi, yaxın zamanlarda da, ölkə prezidenti tərəfindən təsdiqlənərək, hüquqi qüvvəsinə minəcək. Belə bir sənədə zərurətdən bəs haradan gəldi?

-Bu yöndə qüvvədə olan qanunun qəbulundan xeyli müddət ötür və mövcud reallıqlar, dəyişikliklər, ölkəmizdə yaşanan sürətli inkişaf prosesi də onun dəyişdirilməsini, tam yeniləndirilməsini tələb edirdi. Odur ki, biz qanuna növbəti geniş dəyişikliklər edilməsi yolunu deyil, onun tam yeniləndirilməsi, yeni sənədin hazırlanması və qəbul edilməsini variantını məqbul hesab etdik. Düşünürəm ki, yeni qanunun hazırlanması və qəbulu da daha effektli, daha səmərəli oldu və gələcək müddətdə də özünün müsbət töhfəsini heç şübhəsiz ki, vermiş olacaq.

“Dünyanın hər yerində olduğu kimi qeyri-formal məşğulluq bizdə də mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır…”

-Adıçəkilən sənəddən söz düşmüşkən, ona “qeyri-formal məşğulluq”la bağlı 3 maddədən ibarət ayrıca bir fəslinin daxil edilməsi də asan qəbul olunmadı, onun ətrafında da çox ciddi, çox kəskin müzakirə və mübahisələr getdi…

-Təbii ki, bu, belə də olmalıydı, burada qeyri-adi heç nə axtarmaq lazım deyil…Hər bir yenilik heç də asan qarşılanmır və qəbul olunmur, onun üçün bəzən illər lazım olur. Amma sonda onun vacibliyi, əhəmiyyətliliyi hər kəs tərəfindən qəbul və etiraf edilir. Bu yerdə qeyd edim ki, adıçəkilən məsələ ilə bağlı zaman-zaman fikirlər komitə iclaslarında və plenar iclaslarda da millət vəkilləri tərəfindən və cəmiyyətdə ayrı-ayrı qruplar tərəfindən dəfələrlə səsləndirilib. Çünki həqiqətən də, dünyanın hər yerində olduğu kimi qeyri-formal məşğulluq bizdə də mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır. Nəticədə, qeyri-formal məşğulluq çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur, ölkə iqtisadiyyatına və əhalinin sosial rifah halına mənfi təsir göstərir, ona sarsıdıcı zərbə vurur. Ən əsası isə, qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıması prinsipinə ziddir…

hadi racabli-hadi

“Azərbaycanda qeydiyyatsız işləyənlərin ümumi sayı təxminən 1 milyon 200 min nəfər təşkil edir”

-Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı, statistikası bəllidirmi?

-Son statistik göstəricilərə görə Azərbaycanda qeydiyyatsız işləyənlərin ümumi sayı təxminən 1 milyon 200 min nəfər təşkil edir. Odur ki, bu tipli məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə dövlət büdcəsində böyük itkilər yaradır, işçiləri cari və gələcək sosial təminat hüquqlarından məhrum edir. Yəni, bu sektorda işçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı ödəniş alır, məzuniyyət və müavinət hüquqlarından məhrum olurlar. Xüsusən də, qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir göstərir. Bu ciddi problemlə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iki mühüm sərəncamını diqqətinizə catdırmaq istərdim: “Əəmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçımızın 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən – işçi münasibətlərinin rəsmiləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb.Bu istiqamətdə fəaliyyətin davamı kimi ölkə Prezidentinin 2017-ci il 9 oktyabr tarixli ərəncamı ilə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib, həmin Tədbirlər Planının 1.1-ci bəndində “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə “Məşğulluq haqqında” qanunda və digər normativ hüquqi aktlarda dəyişikliklər barədə layihələr hazırlanması” ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Təqdirəlayiq haldır ki, artıq bu hüquqi normaları qanunvericiliyimizdə təsbit edirik. Yəni, adıçəkilən sənəddəki yeni, 5-ci fəslin 30-cu maddəsi qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi prosedurunu, 31-ci maddəsi “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması mexanizmini, 32-ci maddə isə qeyri-formal məşğulluq sahəsində maarifləndirmə tədbirlərini nəzərdə tutur. Bütün bunlar da nəticə etibarı ilə, insanların mənafeyinə, sosial hüquqların təminatına xidmət etdir…

-Hadi müəllim, artıq yay-istirahət mövsümüdür. Xüsusilə, uşaqların, orta məktəb şagirdlərinin təhsildənkənar asudə vaxtlarının səmərəli təşkil edilməsi məsələsi də gündəmin belə demək mümkünsə, əsas məsəlıərindəndir. Bu məsələ də neçə illərdir müzakirə mövzusudur, hətta, zaman-zaman bununla bağlı ayrıca qanun layihəsinin qəbul edilməsi təklifləri də eşidilməkdə, səslənməkdədir…

-Bəli, biz də komitə olaraq, hesab edirik ki, uşaqların, orta məktəb şagirdlərinin təhsildən kənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac var. Hətaq, bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantı da hazırlanıb, rəhbərlik etdiyim komitə çərçivəsində müzakirələr aparılıb və müzakirələrdə də bir daha belə sənədin olmasının vacibliyi vurğulanıb. Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortadadır və çox güman ki, aidiyyəti qurumların, xüsusən də Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ, nəhayət, öz müsbət həllini tapa bilər. Bu məsələdə önəmli məqamlardan biri də yetişməkdə olan nəslin dünyagörüşü, onların ölkənin bölgələri, yerli adət-ənənələri, xüsusiyyətləri ilə tanışlığı, onları mənimsəyərək, əxz edərək yayması, o cümlədən, onlarda turizm təfəkkürünün formalaşdırılması məsələsidir. Təsadüfi deyil ki, son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilməsi, ölkəyə turistlərin cəlb olunması istiqmətində ciddi işlər görülür. Bildiyiniz kimi, uzun və gərgin müzakirələrdən sonra bu yöndə çox önəmli Turizm Məcəlləsi də, turizmlə bağlı yeni qəbul olunub. Heç şübhəsiz, turizmin inkişafına töhfə olacaq məqamlardan biri də yeni nəsildə turizm təfəkkürünün, turizm mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, 30 ili tamam olacaq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin, reallıqlarının dünyaya olduğu kimi yayılması çox önəmli məqamlardandır. Bəzən, təəssüflər olsun ki, nəinki ölkəmizin hüdudlarından kənarda olanlar, heç ölkədə yaşayanlar, xüsusilə 90-cı illərdən bu yana dünyaya gələnlər də Azərbaycan həqiqətləri, reallıqları, tariximiz, milli adət-ənənələrimizlə bağlı bir çox məsələləri bilmirlər. Yumşaq şəkildə desək, düzgün anlayışları, təsəvvürləri yoxdur və ya çox bəsit şəkildə fikirlərini izah edirlər ki, bu da yolverilməz və qəbuledilməzdir.

Ona görə də orta məktəb yaşlı yeniyetmələrimizin, gələcəyimiz adlandırdığımız gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi üçün onların dərsdən kənar, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili, bölgələrə tanışlıq səfərlərinin təmini üçün ciddi addımlar atılmasına zəruri ehtiyac var. Təbii ki, bu məsələdə də işin əsas ağırlığıTəhsil Nazirliyinin üzərinə düşür. Qurumdan da bildirilib ki, məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə nazirlik tərəfindən respublika üzrə bütün təhsil müəssisələrini əhatə edən yaradıcılıq istiqamətli müsabiqələri, sərgilər, konsert və festivallar, müxtəlif səviyyəli idman yarışları, turnirlər, çempionatlar, ekoloji biliklərin artırılması və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizin milli-mədəni dəyərləri ilə tanışlıq, ümumi dünyagörüşü və intellektual səviyyənin artırılması üçün bir sıra işlər görülür.

Artıq bir neçə ildir mayın 18-i “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən “Məktəblilərin muzeylər həftəsi” təşkil edilir. Daha bir kütləvi proqram “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramıdır ki, bu proqram məktəblilərin ekoloji biliklərinin genişləndirilməsi, onların əraf mühitin mühafizəsi məsələlərinə aktiv cəlb olunması, ekoloji təmiz məhsulun alınması və aqrobiomüxtəliflik sahəsinə respublika üzrə məktəblilərin cəlb olunması, paytaxt və regionalarda təhsil müəssisələrinin həyətlərində yaşıllaşdırma və abadlaşdırma işlərinin təşkili, seminar, forum və konfranslar, ekoerudit və digər müsabiqələr şəklində gerçəkləşdirilir. Təhsil ekspertləri də hesab edirlər ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə hansısa müvəffəqiyyətlər əldə etmək olar. Ancaq şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil.

“Artıq Cənub bölgəsinə, Astara istiqmətinə çəkilən yolun açılışı da yubadılır. Yol işçilərimizə zəhmətlərinə görə minnətdarlığımızı bildiririk, amma hesab edirik ki, bu yolın açılışı tezləşdirilməlidir…”

-Yuxarıda da qeyd olunduğu kimi, azırda ən böyük problemlərdən biri şagirdlərin asudə vaxtının təşkili məsələsidir. Yəni, keyfiyyətli təhsil üçün ilk öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır…

hadi

-Razıyam. Yay tətili zamanı uşaqlar və gənclər bir qədər dincələrək yeni dərs ili üçün enerji toplayırlar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda təşkil edilən yay məktəblərinin qiyməti kifayət qədər baha olduğundan əksər uşaqlar bundan yararlanmaq imkanından məhrumdurlar. Psixoloqlar isə hesab edirlər ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi-nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da, uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Məsələn, valideynlərə öz övladlarını Bodruma aparırlar, amma Azərbaycanın ondan da geri qalmayan gözəl istirahət bölgələrinə- Qusara, Qubaya, Qəbləyə, elə Cənub bölgəsinə və sair yerlərə aparmırlar…

hadi-2

Bu, elə bilirəm ki, düzgün deyil. Valideynlər bu məqama ciddi diqqət yetirməlidirlər. Bu yerdə qeyd edim ki, artıq Cənub bölgəsinə, Astara istiqmətinə çəkilən yolun açılışı da yubadılır. Yol işçilərimizə zəhmətlərinə görə minnətdarlığımızı bildiririk, amma hesab edirik ki, bu yolın açılışı tezləşdirilməlidir. Çünki mövcud yolun keyfiyyətsizliyinə görə, Cənub zonasına istirahətə gedənlər az olur, yəni, insanlar bu bölgəyə maraq göstərmirlər. Odur ki, bir daha çağırış edirik ki, bu yolun açılışını tezlışdirsinlər. Yenə əvvəlki fikrimin davamı olaraq bildirmək istəyirəm ki, uşaqlar, şagirdlərlə bağlı məsələdə ilk növbədə onların maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir. Ümumiyyətlə, uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət valideyn üçün böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval-ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Tətil günləri bu cür müsbət hisslərlə, əhval-ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər…
Etikxeber.az

 

 

Read Previous

Urbanizasiya proseslərinin tənzimlənməsi çox vacib məsələdir – ZİYAD SƏMƏDZADƏ

Read Next

Belə “məxluqlar”ın nə bu dünyada, nə o dünyada yeri var… – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir