“Qeyri-leqal sektorda çalışanların qeydiyyat prosesinin təşkili texniki baxımdan çətin deyil…”-VÜQAR BAYRAMOV TƏKLİFLƏRİNİ SƏSLƏNDİRDİ

Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunduqdan sonra ən çox verilən suallardan biri də koronavirus pandemiyasınadək əmək müqaviləsi olmadan çalışan vətəndaşlarımıza hansı dəstəyin olması ilə bağlıdır. Təbii ki, hər bir işçinin leqal sektorda əmək müqaviləsi ilə çalışması daha arzuolunandır. 2019-cu ildə gizli iqtisadiyyatın miqyası ciddi şəkildə azalsa da belə yenə də qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımız var. Azərbaycan Prezidentinin koronavirusun sahibkarlara və eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tapşırığı hər bir vətəndaşa dəyən ziyanın azaldılması ilə əlaqədardır. Məhz bu səbəbdən də cənab Prezidentin tapşırığı ilə koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlərin büdcəsi 1 milyard manatdan 2.5 milyard manatadək artırıldı. Bu isə yardımların daha çox vətəndaşımızı əhatə etməsinə imkan yaradacaq.

Etikxeber.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib.

“Müqaviləsiz işləyən vətəndaşlarımız üçün nə təklif edirik? 2020-ci il martın 10-dək əmək müqaviləsi olmadan çalışan və Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olmayan vətəndaşarımızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında elektron qeydiyyatı həyata keçirilməsi məqsədəuyğun olardı”-deyən millət vəkili bildirib ki,əmək müqavilələrinin elektron olduğunu nəzərə alsaq bu baxımdan qeyri-leqal sektorda çalışanların qeydiyyat prosesinin təşkili texniki baxımdan çətin deyil.

“Məsələn, əgər vətəndaşımız şadlıq sarayında aşbaz kimi əmək müqaviləsi olmadan çalışırdısa və koronavirusa görə iş yeri müvəqqəti olaraq bağlanıbsa, o zaman həmin şəxsə qeydiyyatdan keçmək və yardım almaq imkanının tanıdılması məqsədə uyğun olardı.Bu zaman həmin vətəndaşlara aprel və may aylarında aylq 190 manat birdəfəlik yardımın ödənilməsi mümkündür. Bu daha çox vətəndaşımızın yardımlardan yararlanmasına imkan yaradacaq. Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşımızın gəlirlərinə təsirlərinin minmumlaşdırılmasına imkan verəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Talassemiyalı uşaqlar ücün qanvermə aksiyasına qoşulaq”-BAHAR MURADOVA

Read Next

Məişət tullantısını atmağa getmək üçün 8103 qısa nömrəsinə SMS göndərməyə-EHTİYAC YOXDUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir