Qeyri-neft sektorunda 2 faiz artım baş verib – İLHAM ƏLİYEV

Dövlət başçısı: 6 ay ərzində ölkədə 67 min yeni iş yeri açılıb

Ümumi Daxili Məhsul (ÜDM) 1,3  faiz artıb.

Etikxeber.az xəbər verir ki, bunu iyulun 8-də Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

O, qeyd edib ki, qeyri-neft sektorunda 2 faiz artım baş verib.

Prezidentin sözlərinə görə, bu ilin 6 ayında ölkədə 67 min yeni iş yeri açılıb ki, onların 58 mini daimi iş yerləridir.

“Həmçinin, ölkənin valyuta ehtiyatları 44, 3 milyard təşkil edib, ilin sonuna kimi bir qədər də artacaq”.

Dövlət başçısı onu da bildirib ki, infilyasiya birrəqəmli olub, 3 faiz təşkil edib.

Həmçinin, ölkə  iqtisadiyyatına 6 milyard dollar sərmayə qolulub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Mənim dediklərimi indi ermənilər deyir – PREZİDENT – YENİLƏNİB

Read Next

“Daha ciddi nəticələr çıxarılacaq və …” – SƏMƏDZADƏ- RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir