Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb-MN – YENİLƏNİB

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.

18:26

***

Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

MN-dən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Etikxeber.az

Read Previous

İsmayıllının ilk İkinci Vətən Müharibəsi Şəhidi, cəmi 18 gündən sonra 3-cü ildönümü gələn, hələ də Orden Haqqı tanınmayan, evin-ailənin tək və subay oğlu-FƏRİD ƏLİYEVİN MƏZARI VƏ OCAĞINI ZİYARƏT… – FOTOLAR

Read Next

Qardaş və bacısını körpə yaşlarında, atasını isə vaxtsız və faciəli şəkildə itirən-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU SİNAN MƏMMƏDOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ŞƏHİDİN 23 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir