Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alındı-MN MƏLUMAT YAYDI

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə Ural markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

MN-dən Etikxeber.az-a bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

Etikxeber.az

Read Previous

Gənclər və İdman Nazirliyinin tabeliyindəki qurumlarda təmir üçün 5.4 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

Həm Kəlbəcərli, həm də Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi-DAŞQIN ŞƏFİYEVİN BU GÜN 34 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir