Qeyri-qanuni miqrantların repatriasiyası ofisi yaradılacaq

Avropa Sərhəd və Sahil Mühafizəsi Xidməti yanında Aİ-yə gəlmiş qeyri-qanuni miqrantların repatriasiyası ofisi yaradılacaq.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Avropa Komissiyasında hesab edirlər ki,  repatriasiya ofisi qeyri-qanuni miqrantların qaytarılması üzrə əməliyyatların keçirilməsi və maliyyələşdirilməsini asanlaşdırmağa imkan yaradacaq.

Etikxeber.az 

 

Read Previous

Azərbaycan–Norveç oyununa bilet satışı davam edir

Read Next

“İsgəndərə” qarşı İsraildən raket sistemləri alınması Kremlin xoşuna gəlməyəcək”-Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir