Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri əlindən alınır – YENİLƏNİB

 

Həmçinin, Dövlət Sanitariya-Epidomioloji Xidmətinin vəzifələrinindən biri ləğv edilir

“Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yradalımış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu məqsədlə də  “Baytarlıq haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, bununla bağlı Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin fevralın 9-da keçirilən iclasının gündəliyinə çıxarılmış qanun layihəsində qeyd olunur ki,  fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təışkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur. Yəni, qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

 

Bununla yanaşı, Dövlət Sanitariya-Epidomioloji Xidmətinin vəzifələrinindən biri ləğv edilir. Bu yerdə qeyd edək ki, indiyə kimi,  Dövlət Sanitariya-Epidomioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhəddinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Yeni dəyişikliyə əsasən isə Dövlət Sanitariya- Epidomioloji Xidmətinin bu vəzifəsi ləğv edilir. Bu vəzifənin icrasının bundan sonra Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirməsi nəzərdə tutulur.

***

“İdxalçı dövlət bizim ixracatçılardan hansı sənədlər istəyəcəksə, Qida Təhlükəsizliyi Agentliyi həmin sənədləri ixracatçılara verəcək”.

Bunu da öz növbəsində iclasda “Baytarlıq haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxışı zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Q. Təhməzli deyib ki, Qida Təhlükəsizliyi Agenliyi yaradılmazdan əvvəl nəzarət və xidmət eyni qurum tərəfindən həyata keçirilib:Qanunda olan dəyişikliklər xidmət və nəzarət predmetlərini əhatə edir. Xidmət heyvan və bitki sağlamlığı ilə olmalı, nəzarət funksiyasını isə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməlidir. Artıq digər orqanların həyata keçirdiyi qida təhlükəsizliyi nəzarəti bir orqan tərəfindən həyata keçirəcək”. 

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Qida təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Read Next

Futbol üzrə dünya çempionatının Kubokunun əsli İlham Əliyevə təqdim edildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir