“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi gəlir-AQRAR SİYASƏT KOMİTƏSİNİN İŞ PLANINA SALINACAQ

Tahir RZAYEV: Qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi və milli təhlükəsizlik məsələsi qədər vacib, strateji məsələdir

6-cı çağırış Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin ilk iclasının vaxtı və gündəliyi məlum olub.

Etikxeber.az-ın xəbərinə görə, yeni tərkibli komitənin ilk iclası ayın 18-də keçiriləcək və üç məsələ müzakirəyə çıxarılacaq.

Bunlar adıçəkilən komitənin 2020-ci il yas sessiyasında qanunvericilik işlər planının təsdiqi, “Heyvandarlıq haqqında” və “Ovçuluq haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Bəs görəsən, komitənin qanunvericilik işləri planına hansı qanun layihələrinin salınması nəzərdə tutulr, bu sırada qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi olacaqmı?

Adıçəkilən komitənin sədri Tahir Rzayev saytımıza açıqlamasında qida təhlükəsizliyi ilə bağlı qanun layihəsinin qanunvericilik işləri planına salınmasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edib ki, qanun layihəsi MM-in yaz sessiyasının ümumu qanunvericilik işləri plnanına daxil edilib.

“Odir ki, biz də onu komitəmizin qanunvericilik işləri planına daxil etməyi nəzərdə tuturuq. Qanun layihəsi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanıb və Prezident Administrasiyasının müvafiq şöbəsinə göndərilib. Biz də Administrasiyadan qanun layihəsinin parlamentə daxil olmasını gözləyirik. Hesab edirik ki, indi dövrdə belə bir qanun layihəsinin müzakirəsi və qəbulu lazımdır. Çünki qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi və milli təhlükəsizlik məsələsi qədər vacib, strateji məsələdir. Koronavirusla bağlı son günlər dünyada yaşananlar da bir daha bunu təsdiqləyir, qida təhlükəsizliyinin önəmini bir daha ortaya çıxarır”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Onlayn platformalar yaradın…” – TAHİR MİRKİŞİLİ ÇAĞIRIŞ ETDİ

Read Next

“Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir…” – YENİ MİLLƏT VƏKİLİ BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir