Qida təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Qida təhlükəsizliyi ilə bağlı qanunlar yenilənməlidir – KOMİTƏ SƏDRİ

“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, ölkəyə gətirilən və ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin artırılması, daha da yaxşılaşdırılması üçün istər “Fitosanitar nəzarəti haqqında”, istərsə də” Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər edilməsi vacibdir”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin fevralın 9-da keçirilən iclasında adıçəkilən komitənin sədri, professor Eldar İbrahimov deyib.

meclis

eldar-2

O, qeyd edib ki, qida məhsullarının keyfiyyətli olması, qida təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ən prioritet məsələlərdəndir:

“Çünki bu məsələlər hər birimizin marağı dairəsindədir, hər birimizi maraqlandırır. Odur ki, müvafiq qanunlarımız da bu məsələlərin daha yüksək səviyyədə tənzimlənməsi üçün daim yenilənməli, təkmilləşdirilməlidir. Lazım gələrsə, hətta, bu istiqmətdə yeni qanunlar qəbul edilməlidir. Həmçinin, Avropanın, qabaqcıl ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmalı və yararlanmalıdır”.

Komitə sədri bu istiqamətdə qida təhlükəsizliyi ilə bağlı Dövlət Agentliyinin yaradılmasının çox müsbət və əhəmiyyətli hadisə olduğunu da sözlərinə əlavə edib.

***

Adıçəkilən komitənin üzvü Novruz Aslanov qida təhlükəsizliyi məsələsinin milli təhlükəsizlik məsələsi olduğunu bildirib:

“Bu, çox önəmli və cavib məsələdir. Çünki dünyada, ətrafımızda müharibələr, qanlı qarşıdurmlar gedir. Bu zaman isə qida təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdən biri kimi qarşıya çıxır, yəni, milli təhlükəsizlik məsələsi kimi qarşımızda dayanır. Ona görə də qida təhlükəsizliyinin təmin edilməsi, bununla bağlı müvafiq qurumun yaradılması və bu yöndə mövcud qanunvericiliyə dəyişikliklər olunması çox vacibdir, çox əhəmiyyətlidir”.

Millət vəkili Hüseynbalala Mirələmov da qida təhlükəsizliyini taleyüklü məsələ adlandırıb və yeni yaradan Agentliyə, onun rəhbərliyinə uğurlar arzulayıb.

Yenidən fikirlərini komitə üzvləri ilə bölüşən E. İbrahimov  bu gün dünyanın bir çox yerlərində, o cümlədən, Afrikada milyonlarla insanın qida qıtlığından, aclıqdan əziyyət çəkdiyini xatırladıb.

“Bu gün təkcə Afrikada 960 milyon insan aclıqdan əziyyət çəkir, onlar demək olar ki, ən adi qida məhsullarından belə məhrumdurlar. Azərbaycanda isə qida məhsulları ilə bağlı heç bir problem yoxdur. Ancaq bununla belə, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məsələsi ortadadır. Bu məsələyə elə-belə baxmaq, yanaşmaq olmar. Bu, həm də genefondumuzla, milli təhlükəsizliyimlə birbaşa bağlı olan məsələdir. Ona görə də bu məsələni daim diqqətdə saxlamaq, qanunvericiliyi dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Öz xəstəxanalarımızı yoxlamalıyıq ki…” – RƏŞAD MAHMUDOV

Read Next

Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri əlindən alınır – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir