“Qınayanda bir dönüb özünüzə də baxın…” – MƏLƏKXANIM ƏYYUBOVA QARDAŞI OĞLANLARI İLƏ KÜSÜLÜLÜYƏ SON QOYDU

Tanınmış sənətkar, xanəndə, Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlanları ilə arasında küsülülüyə son qoyduğunu açıqlayıb.

Etikxeber.az xəbər verir, o, bu barədə bu gün ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişinə canlı bağlantısında deyib.

Qeyd edək ki, “Zaurla Günaydın”ın növbəti qonaqları müğənni və bəstkar Ramal, qardaşları, eyni zamanda, atası olub.

Onu da qeyd edək ki, bir neçə ay öncə mediada və sosial şəbəklərdə gənc qızlarla bağlı yayılan videogörtüntülərə görə, Ramalın qardaşları sərt və kəskin tənqidlər, ittihamlara məruz qalmışdılar.

Bundan sonra qınaqlara tuş gələn M. Əyyubova da baş verənlərin ona aidiyyatı olmadığını və qardaşı oğlanlarından imtina etdiyini bildirmişdi.

Canlı bağlantı zamanı isə M. Əyyubova həmin vaxtlar məsələnin tam kökünə gedə bilmədiyini, onu axıracan araşdırmadığını və hövsələsizlik etdiyini bildirib:

melek-1

“Həmin vaxtlar çox qınaqlarla üzləşirdim. Mən də bir insan kimi, məsələnin tam kökünə gedə, araşdıra bilmədim. Bir az hövsələsizlik etdim və bu sözləri dedim. Onlar mənim əzizlərim, qardaşımın balalarıdır. Qınamağa nə var ki?! Kənarda durub kimi istəsən qınaya bilərsən… Amma qınayanda hər kəs dönüb bir özünə də baxsın…”.

M. Əyyubova gənclərə, cavanlara, xüsusilə, gənc sənətçilərə məsləhətlərini də verməyi unutmayıb:

“Gənclər, xüsusilə, sənətdə, səhnədə olanlar çox diqqətli, çox məsuliyyətli olmalıdırlar. Çünki onlar həm də bir növ xalqı, xalqın sənətini təmsil edirlər…Ona görə çox məsuliyyətli, diqqətli olmalıdırlar. Bizlər hər zaman məsulyyətli olmuşuq, məsuliyətimizlə xalq arasında hötmət qazanmışıq. Ona görə gənclərə tövsiyəm budur ki, məsuliyyətli, ehtiyatlı, diqqətli olsunlar”.

Etikxeber.az

Read Previous

Şirakla vida mərasimi başladı… – FOTO

Read Next

Büdcə və AŞPA-nın payız sessiyası başlayır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir