“Qipti kilsəsində terror aktını intiharçı-terrorçu törədib” – SİSİ

Misir polisi Qahirədəki qipti kilsəsində törədilən terror aktı ilə bağlı dörd nəfəri həbs edib.

Etikxeber.az-ın məlumatına görə, yerli KİV-lər xəbər verir ki, bunu paytaxtın Mədinət-Nəsr rayonu ərazisində, naməlum əsgərin abidəsi önündə terror qurbanlarının xatirəsinə həsr olunan dəfn mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

Prezidentin sözlərinə görə, bu terror hücumu ilə əlaqədar şübhəli bilinərək həbs edilən dörd nəfərdən biri qadındır. Həmçinin terrorun planlaşdırılması və həyata keçirilməsində daha iki nəfərin axtarışı gedir. Dövlət başçısı vurğulayıb ki, terror aktını bədəninə bərkidilmiş partlayıcı ilə 22 yaşlı Mahmud Şəfiq Məhəmməd Mustafa icra edib.

Etikxeber.az

Read Previous

Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşdi

Read Next

Nazirlik: “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir