Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oman Respublikasının Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Etikxeber.az xəbər verir ki, həmçinin, Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx və Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humedin də Azərbaycana səfərləri başlayıb.
Həmçinin, Qırğızıstan parlamenti – Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun Azərbaycana səfəri başlayıb.
Onları Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov və vitse-spiker Valeh Əlsgərov qarşılayıblar.
Bununla yanaşı, gün ərzində Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyətinin də Bakıya səfəri reallaşacaq.
Nümayəndə heyətinə deputatlar Məhəmməd əl-Huveylə və Nasir əd-Dusəri daxildir.
Səfər üç gün davam edəcək.
Etikxeber.az