Qırğızıstanda referendum baş tutub – YENİLƏNİB

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilir. Səsvermə məntəqələri yerli vaxtla saat 8.00-da açılıb.

Etikxeber.az xəbər verir ki, ölkə qanunlarına görə, seçki hüququ olan vətəndaşların 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş sayılır.

Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır.

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

***

İlkin məlumatlara görə, ümumxalq səsverməsində (referendum) artıq seçicilərin 30,41 faizi səs verib.

Qanunvericiliyə əsasən seçicilərin 30 faizindən çoxu səs verdiyi üçün Qırğızıstan Mərkəzi Seçki Komissiyası referendumun baş tutduğunu açıqlayıb.

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Alimlər tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir