Qırğızıstandakı prezident seçkilərinin qalibi məlum oldu – YENİLƏNİB

Qırğızıstanda 1,5 milyondan çox səs sayılıb, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

Etikxeber.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova bildirib.

Prezident seçkilərində qeydə alınmış 3 milyon 25 min 770 seçicidən 1 milyon 557 min 225 seçici səsvermədə iştirak edib. Sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu S. Jeenbekov qazanıb. MSK sədri bunun sayılan səslərin 55 faizini təşkil etdiyini söyləyib.

S. Jeenbekovun əsas rəqibi olan müxalifət liderlərindən Omurbek Babanov 529 min 118 səs toplayıb. Bu, səslərin 33 faizini təşkil edir.

***

 Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı S. Jeenbekova səs verib.

Bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat verib.

“Son hesablamalara görə, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan  917 mini S. Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb”, məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Somalidə yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 189-a çatdı- FOTO- YENİLƏNİB

Read Next

“Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməlidir…” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir