“Qırğızıstanla Tacikistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayırıq”-AZƏRBAYCAN XİN

Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayır.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır:

“Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”.

Xatırladaq ki, martın 13-də Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb.

Hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.

Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Etikxeber.az

Read Previous

“İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur…Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür…Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – (MÜSAHİBƏ)

Read Next

30 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir