“Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına daxil edildi

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 24-dən 30-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Etikxeber.az-a bildirilib ki, festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak edəcək.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları canlandırıblar.

Etikxeber.az

Read Previous

“Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək

Read Next

Əminə Yusifqızı da “Şöhrət”ləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir