“Qırmızıpapaq” yenidən səhnədə

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı səhnə işi ərsəyə gətirilib.

Teatrın mətbuat xidmətindən  Etikxeber.az-a bildirilib ki, balacaların sevimli nağıllarının müəllifi Şarl Perronun məşhur “Qırmızıpapaq” əsəri özünün yeni səhnə həllini tapıb. Klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirərək ona tam fərqli prizmadan baxmağa çalışıb.

Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də baş tutacaq. Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar Artist Vüqar Camalzadə olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov ifa edirlər.

Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Etikxeber.az

Read Previous

Müstəqilliyin bərpasının 25-ci ildönümü haqqında SƏRƏNCAM

Read Next

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir