“Qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq…”-OMBUDSMANDAN ETİRAZ

“Ermənistan silahlı qüvvələri dünən Tovuzda hospital, mülki insanlar yerləşən tərəfə mərmi atıb. Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub”.

 Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri hospitalların olduğu, mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır.

“Biz buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Şəhid generalımız və şəhid polkovnikimiz-TORPAĞA TAPŞIRILDILAR – FOTOLAR

Read Next

Şəhidimiz-Yaşar Babayev-DƏFN OLUNDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir