“Qisas” əməliyyatı Şəhidi, Goranboylu-ÜMİD İMAMQULİYEVİN “QARA BAYRAMI”NDA MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün-4 mart 2024-cü il tarixində Goranboy rayonunun Qaradağlı kəndinin Şəhidlərindən-“Qisas” əməliyyatı Şəhidi, Azərbaycan Ordusunun-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri, evin-ailənin 3 övladından biri, subay Ümid Vüqar oğlu İmamquliyevin “Qara bayramı” idi.

Bununla bağlı Şəhidin ailəsində-ocağında məclis düzənlənmişdi.

Etikxeber.az xəbər verir ki, öncə Şəhidin Qaradağlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Şəhidin ocağında məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və ocağında təşkil edilən ehsan süfrəsində ailə üzvləri, yaxınları, Goranboy və Naftalanlı Şəhid ailələri, din xadimləri, müəllim və məktəblilər iştirak edib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniya başladı…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluqdan-AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir