Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bugünkü iclasında süni qiymət artımı, bahalaşma və monopoliyadan danışıb.
Etikxeber.az-ın xəbərinə görə, Ə. Məsimli yanvar ayında benzinin qiymətinin cəmi 10 qəpik artmasından sonra bütün sahələrdə, sferalarda qiymət artımlarının, bahalaşmaların baş verdiyini bildirib.
“Benzin cəmi 10 qəpik artdı, amma qiymət artımları, bahalaşma gündən-günə artır. Bu, insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır. Qiymət artımlarında, bahalaşmada monopoliyaçılıq, inhisarçılıq da çox mühüm rol oynayır. Monopoliyanın, inhisarçılığın hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az