Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, hətta Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı bir təzyiq var:
“Əfsuslar olsun ki, qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır. Belə güman edirəm ki, biz bir sıra ölkədə bu problemi görəcəyik. Bunun kökündə qiymət siyasətinin tənzimlənməsində olan səhvlər duracaq. Bu, sadəcə, ərzaqla məhdudlaşmayacaq”.
Etikxeber.az