Qız qaçırma ilə adam oğurlğunu eyniləşdirmək olmaz – SİYAVUŞ NOVRUZOV

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

Etikxeber.az-ın məlumatına görə, MM-də keçirilən ictimai dinləmələrdə S. Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

siyavush

“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Uşaqlarda çəki problemi mövcuddur – ƏHLİMAN ƏMİRASLANOV

Read Next

“Deyirlər, yaşı keçir, evlənməlidir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir