“Qızıl top” mükafatına namizədlərin adları açıqlandı

“Qızıl top” mükafatına daha 15 namizədin adı açıqlanıb.

Etikxeber.az xəbər verir ki, “France Football”un 2016-cı ilin ən yaxşı futbolçusu adına yekun “30-luğ”u müəyyənləşib.

Namizədlər bunlardır:

Serxio Aquero (Argentina / “Mançester Siti”)

Pyerr-Emerik Obameyanq (Qabon / “Borussiya” Dortmund)

Qaret Beyl (Uels / “Real”)

Canluici Buffon (İtaliya / “Yuventus”)

Kriştianu Ronaldo (Portuqaliya / “Real”)

Kevin de Bruyne (Belçika / “Mançester Siti”)

Paulo Dibala (Argentina / “Yuventus”)

Dieqo Qodin (Uruqvay / “Atletiko”)

Antuan Qrizmann (Fransa / “Atletiko”)

Qonzalo İquain (Argentina / “Yuventus”)

Zlatan İbrahimoviç (İsveç / “Mançester Yunayted”)

Andres İnyesta (İspaniya / “Barselona”)

Koke (İspaniya / “Atletiko”)

Toni Kroos (Almaniya / “Real”)

Robert Levandovski (Polşa / “Bavariya”)

Uqo Lloris (Fransa / “Tottenhem”)

Riyad Mahrez (Əlcəzair / “Lester”)

Lionel Messi (Argentina / “Barselona”)

Luka Modriç (Xorvatiya / “Real”)

Tomas Müller (Almaniya / “Bavariya)

Manuel Noyer (Almaniya / “Bavariya”)

Neymar (Braziliya / “Barselona”)

Dmitri Paye (Fransa / “Vest Hem”)

Pol Poqba (Fransa / “Mançester Yunayted”)

Pepe (Portuqaliya / “Real”)

Rui Patrisio (Portuqaliya / “Sportinq”)

Serxio Ramos (İspaniya / “Real”)

Luis Suares (Uruqvay / “Barselona”)

Ceymi Vardi (İngiltərə / “Lester”)

Arturo Vidal (Çili / “Bavariya”)

Xatırladaq ki, bu il ilk dəfə olaraq “Qızıl top”un sahibi yalnız jurnalistlərin səsverməsinə əsasən seçiləcək.

“Qızıl top”a bu il əsas namizəd “Real”la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan 31 yaşlı Ronaldo sayılır. Bu mükafatı son dəfə Messi qazanıb.

Etikxeber.az

Read Previous

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Read Next

Məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb – Komitə sədri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir