“Qızıl top”un qalibi portuqaliyalı hücumçu Kriştiano Ronaldo olacaq – “Mundo Deportivo”

Dekabrın 12-də Fransanın nüfuzlu “France Football” jurnalı ilin yekunu ilə əlaqədar “Qızıl top” mükafatının qalibini elan edəcək.

Etikxeber.az nəşrin rəsmi saytına istinadla xəbər verir ki, qalibin adı və mərasim əvvəlcədən açıqlanan təqvimdən bir gün tez gercəkləşdiriləcək.

Dünya mətbuatı isə artıq indidən mükafatçının adını hallandırıb. İspaniyanın “Mundo Deportivo” qəzeti məlumat yayıb ki, “Real Madrid” klubunun forvardı Kriştiano Ronaldo 2016-cı ilin yekununa görə, “Qızıl top”un qalibi elan ediləcək.

Xatırladaq ki, bu il “France Football” ən yaxşı futbolçu mükafatı ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə beşillik mövcud əməkdaşlığa son verib. Əməkdaşlığa xitam verildikdən sonra hər iki qurum qalibini ayrılıqda müəyyənləşdirəcək.

Sözügedən jurnal “Qızıl top”un qalibini 30 namizəd arasından özləri tərəfindən təyin edilən münsiflər heyəti və beynəlxalq idman jurnalistlərinin rəyi əsasinda təyin edəcək. FIFA isə ilin qəhrəmanını milli komandaların baş məşqçiləri və yığma kapitanlarının səsləri əsasında seçəcək. Beynəlxalq futbol qurumu öz qalibini 2017-ci ilin yanvarın 9-da ictimaiyyətə açıqlayacaq.

Etikxeber.az

Read Previous

Bugünkü hərracda beş müəssisə özəlləşdirildi

Read Next

MDB-nin Antiterror Mərkəzi ekspert məsləhətləşmələri aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir